Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli oldu

19:17 - 07 Dekabr 2022

Mahir Emrelinin \"Dinamo\"ya qayıdacağı tarix bəlli oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

 

Manset.az-ın yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya seçmələrinə qarşı yoldaşlıq matçlarında iştirak edən forvarda əlavə istirahət verib.

Qeyd edək ki, Mahir Emreli bu ilin fevralından "Dinamo"da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az