“Qarabağ”ın Antalyadakı yoxlama oyunlarının tarixləri AÇIQLANDI

22:16 - 08 Dekabr 2022

“Qarabağ”ın Antalyadakı yoxlama oyunlarının tarixləri AÇIQLANDI

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək “Qarabağ”ın yoxlama oyunlarının tarixləri müəyyənləşib.

 

Manset.az report-a istinadən xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi qardaş ölkədə 3 sınaq matçında qüvvəsini sınayacaq.

“Köhlən atlar” yanvarın 13-də Polşanın “Poqon” komandası ilə qarşılaşacaq. Komanda 5 gün sonra isə Serbiya “Çukariçki”si və Polşanın digər təmsilçisi “Rakuv”la üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” yanvarın 4-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az