“Qarabağ” “Qəbələ” qarşılaşması heç-heçə yekunlaşdı

22:49 - 08 Dekabr 2022

“Qarabağ” “Qəbələ” qarşılaşması heç-heçə yekunlaşdı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, “Qarabağ” ilə “Qəbələ” qarşılaşması 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunun 25-ci dəqiqəsində Emil Səfərov fərqlənib.

İkinci hissə də isə 56-cı dəqiqədə Musa Qurbanlı hesabı bərabərləşdirib. Oyunçu 84-cü dəqiqədə komandasını önə keçirə bilib.

Matçın son qolunu 87-ci dəqiqədə Omar Hani vurub.

Xatırladaq ki, cavab matçı dekabrın 19-da baş tutacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az