Yeni ilin ilk günündə şahmatçımızdan MÖHTƏŞƏM QƏLƏBƏ

21:30 - 01 Yanvar 2023

Yeni ilin ilk günündə şahmatçımızdan MÖHTƏŞƏM QƏLƏBƏ

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. İlin sonuncu şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından deyiblər.

Bildirilib ki, turnirin sonuncu turunda R.Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub.

Qeyd edək ki, yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az