“Mançester Yunayted” tarixinin ən ciddi məğlubiyyətini təkrar etdi

23:35 - 05 Mart 2023

“Mançester Yunayted” tarixinin ən ciddi məğlubiyyətini təkrar etdi

Premyer Liqanın 25-ci turunda "Liverpul" doğma meydanda "Mançester Yunayted"i 7:0 hesabı ilə məğlub edib.

 

Manset.az xəbər verir ki, görüş “Enfild” stadionunda baş tutub. Qolları Kodi Qakpo (43-cü və 50-ci dəqiqə), Darvin Nunes (47, 75), Məhəmməd Salah (66, 83), Roberto Firmino (88) vurub.

Daha əvvəl eyni hesabla “Bləkbern” (1926), “Aston Villa” (1930) və “Qurdlar”a (1931) məğlub olan “Mançester Yunayted” tarixində dördüncü dəfə 0:7 hesabı ilə məğlub olub. Bu nəticə klub tarixində ən böyük hesablı məğlubiyyətdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az