“PSJ-nin maksimumu budur” - Mbappe

14:18 - 09 Mart 2023

“PSJ-nin maksimumu budur” - Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bavariya”ya məğlubiyyəti (0:2) şərh edib.

 

Manset.az xəbər verir ki, “Le Parisien”ə danışan fransalı komandasının Münhen klubu ilə bacarmaması haqda belə danışıb:

“PSJ nəyi əldən verdi? Hər iki komandanın vəziyyətinə baxsanız, qol epizodları o qədər də çox deyildi. “Bavariya”nın əla komandası, əla heyəti var. Çempionlar Liqasını qazanmaq üçün qurulmuş komandaya sahibdirlər. Mövsümün əvvəlində, Çempionlar Liqasında ilk mətbuat konfransımda demişdim ki, əlimizdən gələni edəcəyik. PSJ-nin maksimumu budur, vəssalam. Artıq Fransa çempionatına qayıtmalıyıq”

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az