“Azərbaycan üzərində qələbə çox önəmlidir” - Mixael Qreqoriç

18:27 - 09 Mart 2023

“Azərbaycan üzərində qələbə çox önəmlidir” - Mixael Qreqoriç

“Azərbaycan və Estoniya üzərində qələbələr bizim üçün çox önəmlidir”.

 

Manset.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri ilk iki oyun barədə danışarkən deyib.

Almaniyanın “Frayburq” klubunun formasını geyinən 29 yaşlı hücumçu yenidən yığmaya çağırılacağını düşünür. Qreqoriç hədəflərinin Almaniyadakı final mərhələsinə qatılmaq olduğunu bildirib: “Əlbəttə ki, məqsədimiz 2024-cü ildə Almaniyadakı qitə birinciliyində mübarizə aparmaqdır. Bunun üçün seçmə mərhələyə uğurlu start götürmək şərtdir. Azərbaycanla qarşılaşmaya hazırlaşmaq üçün 4-5 gün vaxtımız olacaq. Bundan səmərəli yararlanmalıyıq”.

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, üç gün sonra isə Estoniya millisini Lins şəhərində qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az