Beşiktaş prezidenti Əhməd Nur Çəbi mətbuat mənsublarının gündəmlə bağlı suallarını da cavablandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ahmet Nur Cebi, "Kayserispor"dan transfer olunan Onur Bulutun onlar üçün normal və etik bir transfer olduğunu vurğulayıb:
"Kayserispor idarəçiləri haqlı olduqlarını düşünürlərsə, gedəcəkləri yer bəllidir. Məncə, yersiz boşboğazlıq etmək düzgün deyil. Özlərini yığışdırsınlar, bura Beşiktaşdır. Əgər futbolçu sənə 1 milyon avro qazandırıbsa və bunun üçün bir kağıza imza atıbsa, ona hörmət etməlisən. Bir otaqda hiylə qurması nədənsə ona uyğun deyil. Rəhbərlik və prezidentlik sizdən ata və böyük qardaş olmağı tələb edir. İşləyən uşağın hüquqlarını pozmaq əxlaqi deyil. Əvvəlcə qardaş və ata olmağı bacaracaqsan, sonra idarəçi olmağı bacaracaqsan. İndiyə qədər susmuşam, amma orada gözləyin. Qanun var, gedin həll edin. Doğru olan çox danışmır, lazım olanı edir".
Manşet.az