Bakıda keçirilən Dünya Kubokunda ilk mükafatçılar bəlli oldu

13:02 - 11 Mart 2023

Bakıda keçirilən Dünya Kubokunda ilk mükafatçılar bəlli oldu

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ilk mükafatçıları bəlli olub.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu gün baş tutan final mərhələsində kişilər arasında sərbəst hərəkətlərdə Qazaxıstan təmsilçisi Milad Kərimi çempion olub. O, ümumilikdə 14.200 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri 13.933 xal toplamış ukraynalı İliya Kovtun tutub. ABŞ təmsilçisi Rili Ruus isə 13.733 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunun finalları bu gün və sabah davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az