Yığmamızın rəqibləri məlum oldu

19:46 - 11 Mart 2023

Yığmamızın rəqibləri məlum oldu

23 yaşlılardan ibarət milli həndbol komandamızın inkişaf etməkdə olan ölkələrin çempionatında rəqibləri müəyyənləşib.

 

Manset.az xəəbr verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkatmanın nəticələrinə görə iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla aşağıdakı qruplarda yarışacaqlar:

“A” - Malta, Andorra, Hindistan
“B” - Kipr, Moldova, Avstraliya
“C” - Böyük Britaniya, Kuba, Qvatemala
“D” - Azərbaycan, Bolqarıstan, Nigeriya

Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az