Türkiyə klubu bu gün "Gent"lə qarşılaşacaq - Konfrans Liqası

09:06 - 15 Mart 2023

Türkiyə klubu bu gün \"Gent\"lə qarşılaşacaq - Konfrans Liqası

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Başakşehir" Türkiyədə Belçika "Gent"ini qəbul edəcək. İstanbul təmsilçisi ilk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Görüşü fransalı FIFA referisi Benua Bastyen idarə edəcək.

Gent şəhərinin eyniadlı təmsilçisi pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
15 mart

21:00. "Başakşehir" (Türkiyə) - "Gent" (Belçika)
Baş hakim: Benua Bastyen (Fransa)
İlk oyun - 1:1
İstanbul, "Başakşehir Fatih Terim" stadionu

Qeyd edək ki, bu raundun digər cavab oyunları martın 16-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az