Məşhur klubun futbolçusu komanda yoldaşına 700 kq şokolad aldı - FOTO

12:28 - 15 Mart 2023

Məşhur klubun futbolçusu komanda yoldaşına 700 kq şokolad aldı - FOTO

"Bavariya"da çıxış edən Yann Sommer Liqada komanda yoldaşı Matthijsə verdiyi şokolad vədini tutub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, isveçrəli qolkiper UEFA Çempionlar Liqasının 1/16 finalında PSJ ilə cavab görüşündə böyük səhvə yol verib və top tora girmək üzrə olanda de Liqt topu xəttdən çıxarıb.

Yann Sommer matçdan sonra hollandiyalı müdafiəçinin evinin qarşısına bir yük maşını şokolad göndərəcəyini bildirib. Sommer vədinə əməl edib və komanda yoldaşına 700 kiloqramlıq yük maşını ilə İsveçrə şokoladı göndərib. Lakin onlar bir yük maşını dolusu şokoladı “Münchner Tafel” xeyriyyə təşkilatına bağışlayıblar.

Münchner Tafel nümayəndəsi Steffen Horak verdiyi açıqlamada, "Bunun arxasında nə olduğunu dəqiq bilmirdik, sadəcə bunun Bayerndən gəldiyini bilirdik. Bu həftə şokoladı 28 dispanserimizin hamısına paylayacağıq" – deyib.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az