“Qarabağ” “Şamaxı”nı məğlub etdi

17:50 - 02 Aprel 2023

“Qarabağ” “Şamaxı”nı məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, sonuncu oyun günündə nəzərdə tutulmuş oyunlardan biri artıq başa çatıb.

Lider “Qarabağ” səfərdə “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib və yeganə qolla 3 xala sahib çıxıb.

Turun son matçında isə “Sabah” “Qəbələ”ni qəbul edəcək.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub, “Kəpəz” “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. “Zirə” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Premyer Liqası

XXVIII tur

2 aprel

“Şamaxı” – “Qarabağ” 0:1

Qol: E.Cəfərquliyev, 33.

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

Şamaxı şəhər stadionu, 15:30.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az