“Arsenal”la oyunda hakim “Liverpul”un futbolçusunu dirsəklə vurub - VİDEO

09:50 - 10 Aprel 2023

“Arsenal”la oyunda hakim “Liverpul”un futbolçusunu dirsəklə vurub - VİDEO

İngiltərə Premyer Liqasının XXX turunda keçirilmiş “Liverpul” - “Arsenal” matçında insident yaşanıb.

 

Manset.az xəbər verir ki, qarşılaşmanın ilk yarısının sonunda oyunun yan xətt hakimi Konstantin Xatsidakis meydan sahiblərinin futbolçusu Endrü Robertsonun boğazına dirsəklə vurub. Bununla bağlı foto və videolar sosial şəbəkələrdə yayılıb.

Qarşılaşmadan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp insidentə geniş şərh verməyib:

“Bilirəm ki, belə bir şey olub, amma epizodu görməmişəm. Əgər belə olubsa, şəkillər öz sözünü deyəcək”.

İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” hadisənin araşdırıldığını açıqlayıb.

Xatırladaq ki, sözügedən matçda qalib müəyyənləşməyib - 2:2.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az