“Xəyallar axşamı idi. Dünyanın ən yaxşı komandasından, ən yaxşı futbolçularından bir neçəsinə qarşı oynadıq və parlaq qələbə qazandıq”.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Jirona”nın futbolçusu Valentin Kastelyanos İspaniya La Liqasının 31-ci turunda “Real”a qalib gəldikləri (4:2) oyundan sonra yerli mətbuata açıqlamasında deyib.
Madrid klubu ilə görüşdə poker edən argentinalı hücumçu bunu bacaracağını heç vaxt düşünmədiyini deyib: "Real”a qol vurmaq xəyal idi, amma onlara dörd qol vurmaq heç vaxt ağlıma gəlmirdi. Qələbə qazandığımız üçün çox şadam. Azarkeşlər, tərəfdaşlar üçün xoşbəxtəm”.