Millimizin sabiq oyunçuları futboldan ömürlük uzaqlaşdırıldı

21:12 - 26 Aprel 2023

Millimizin sabiq oyunçuları futboldan ömürlük uzaqlaşdırıldı

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük uzaqlaşdırıblar.

 

Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (FTC RFU) Nəzarət və İntizam Komitəsinin rəhbəri Artur Qriqoryants məlumat verib.

Belə ki, İkinci Liqa çempionatının “Salyut Belqorod” - “SKA-Xabarovsk-2” matçının (3:0) danışılmış oyun olduğu vurğulanıb. Verilən qərara əsasən, görüşün nəticəsi ləğv edilib və “SKA-Xabarovsk-2”yə 0:3 hesablı texniki məğlubiyyət cəzası verilib. 

Bildirilib ki, “Yesentuki”də oynayan qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, “Salyut” (Belqorod) - “SKA-Xabarovsk-2” matçının nəticəsini manipulyasiya ediblər. Buna görə onlar və “SKA-Xabarovsk-2” bir neçə oyunçusu Rusiyada futboldan ömürlük uzaqlaşdırılıblar.

Qeyd edək ki, Ziyadxan Məmmədov Azərbaycanın U-17 və U-19 yığmalarında, eyni zamanda “Neftçi”, “Zirə” və “Zaqatala”da oynayıb.

Qvanzav Maqomedov isə U-21 millisində, “Şahdağ”, “Zirə”, AZAL, “Bakı”, “Səbail”, “Sabah” və “Sumqayıt”da çıxış edib. ///Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az