"Neftçi" finala yüksəldi

22:34 - 26 Aprel 2023

\"Neftçi\" finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” klubu “Neftçi” ilə qarşılaşıb.

 

Manset.az xəbər verir ki, ilk qarşılaşmada 0:1 hesabı ilə uduzan Bakı klubu cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

"Neftçi" - "Turan Tovuz"  - 2:0 

Qol: Emin Mahmudov, 90+3, Sayef, 90+8

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
“Bakcell Arena”

İlk oyun - 0:1

Qeyd edək ki, Bakı klubunun finaldakı rəqibi aprelin 27-də baş tutacaq "Səbail" – "Qəbələ" görüşündə müəyyənləşəcək. Azərbaycan Kubokunun final görüşü iyunun 3-də "Bakcell Arena"da təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az