Sərgən Yalçının "Neftçi"dəki maaşı bəlli oldu- Milyonlarla manat alacaq

17:53 - 19 İyun 2023

Sərgən Yalçının \"Neftçi\"dəki maaşı bəlli oldu- Milyonlarla manat alacaq

Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sergen Yalçınla danışıq aparırlar.

 

Manset.az xəbər verir ki, artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.

Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sergen Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon TL) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sergenin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.

Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 miylon TL olub.

 

publika.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az