Avropa çempionatında Şəhriyar Məmmədyarov bürünc medal QAZANDI

23:40 - 19 İyun 2023

Avropa çempionatında Şəhriyar Məmmədyarov bürünc medal QAZANDI

Polşada keçirilən şahmatın blits növü üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.

 

Manset.az xəbər verir ki, əvvəlcə ardıcıl olaraq Niderland, İsrail, Polşa, Rumıniya, Ukrayna, İspaniya və Ermənistanla qarşılaşan yığmanın şahmatçıları ilk dörd yeri tutaraq, pley-off mərhələsinə adlayıblar.

Reqlamentə əsasən, dairəvi sistemlə keçirilən yarışın pley-offunda niderlandlı Benjamin Boka məğlub olan Məmmədyarov 3-cü yer uğrunda dueldə Yan-Kşiştof Dudadan güclü olub.

Günay Məmmədzadə isə pley-offda niderlandlı Eline Rubersi üstələsə də, finalda Ermənistan təmsilçisi Elina Danielyana məğlub olaraq, ikinci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az