PSJ forması ilə mövsümü Liqa 1 çempionluğu ilə başa vuran və keçən ay ABŞ-ın “İnter Mayami” klubuna transfer olan Lionel Messi Səudiyyə Ərəbistanı ilə tətil müqaviləsi imzalayıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının turizm səfirinin təşəbbüsü ilə Messi və ailəsi 3 il bu ölkəyə tətilə tətilə gəlməlidir.
Messi ailəsinə ölkəni tanıtmaq üçün sosial şəbəkələrdəki paylaşımlarına görə 25 milyon dollar qazanacaq.
Məlumata görə, Leonelin 2022-ci ilin may ayında Səudiyyə Ərəbistanına səfəri nazirliklə əməkdaşlığının başlanğıcı olub. O, həmin vaxt paylaşdığı fotodan sonra 2 milyon dollar qazanıb.
Müqaviləyə aşağıdakı maddələr daxildir:
- İldə ən azı beş gün istirahət və ya hər 2 ildən bir hər biri 3 gün olmaqla məzuniyyət üçün 2 milyon dollar veriləcək. Bundan əlavə, Messi və 20-yə yaxın ailə üzvünün və beşulduzlu oteldə qalma xərcləri ölkə hökuməti tərəfindən qarşılanacaq.
- Futbolçu tətildən əlavə Səudiyyə Ərəbistanını tanıtmaq üçün ildə 10 dəfə sosial media hesabında paylaşım edəcək və bunun müqabilində 2 milyon dollar alacaq.
- Xeyriyyəçilik və ictimaiyyətlə əlaqələr üçün 2 milyon dollar veriləcək.