“Səbail” sabiq hücumçusu ilə gücləndi

20:32 - 22 İyun 2023

“Səbail” sabiq hücumçusu ilə gücləndi

“Səbail” növbəti transferini rəsmiləşdirib.

 

Manset.az xəbər verir ki, paytaxt klubu “Şamaxı”dan ayrılan hücumçu Amil Yunanovu heyətinə qatıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı forvard “Şamaxı”ya 2021-ci ilin yayında məhz “Səbail”dən keçmişdi. O, karyerası ərzində “Sumqayıt” və “Qəbələ”nin də uğurları üçün çalışıb.

“Səbail” Amildən öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev və Bahadur Həziyevi də transfer etmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az