Karateçimiz Avropa Oyunlarının qalibi oldu

21:30 - 22 İyun 2023

Karateçimiz Avropa Oyunlarının qalibi oldu

Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarının qalibi adını qazanıb.

 

Manset.az xəbər verir ki , 67 kq çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı finalda yunanıstanlı Dionisios Xenosla üz-üzə gəlib.

Təmsilçimiz qrup mərhələsində olduğu kimi, bu dəfə də rəqibinə şans verməyib. Döyüşü aktivinə yazan Ağalarzadə Polşada qızıl medala yiyələnib. Bu həm də, Azərbaycan millisinin Krakov-2023-də ilk mükafatı olub.

Qeyd edək ki, Ağalarzadə fərqli, digər 3 karateçimiz Oyunları mükafatsız bitirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az