Polşada keçirilən III Avropa Oyunlarında kamandan oxatma yarışlarında qadınlar arasında fərdi mübarizədə ilk təsnifat mərhələsi başa çatıb.
Manset.az xəbər verir ki, Azərbaycan idmançısı Yaylagül Ramazanova 645 xal toplayıb.
Azərbaycan təmsilçisi mübarizəni 1/32 final mərhələsində davam etdirəcək. Onun rəqibi litvalı Paulina Ramanauskayte olacaq. Yaylagül Ramazanov bu rəqibini məğlub etsə, 1/16 finalda Fransa idmançısı Karoline Lopeslə üz-üzə gələcək.