2025-ci ildə 32 komandanın iştirak edəcəyi ilk FIFA Klublararası Dünya Çempionatı ABŞ-da keçiriləcək.
Manset.az Sözcü-yə istinadən xəbər verir ki, FIFA-nın açıqlamasında deyilir ki, 2026-cı il kişilər dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilməzdən əvvəl Şimali Amerikada oyuncaqların böyüməsini və "sinergiyasını" təmin edəcək.
Açıqlamaya görə, şuranın iclasında yekdil qərarla 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək FIFA Klublararası Dünya Çempionatına ev sahibliyi edən ölkə ABŞ müəyyən edilib.
Hər il 7 klubun iştirakı ilə təşkil olunan turnirin 2025-ci ildən etibarən 32 komanda ilə 4 ildən bir keçirilməsi qərara alınıb.
Cari formatda bu il sonuncu dəfə oynanılacaq FIFA Klublararası Dünya Çempionatı dekabrın 12-22-də Səudiyyə Ərəbistanında keçiriləcək.
Jalə
Manşet.az