Messi barədə danışdı: Telefonumda 1 milyon bildiriş var idi

18:38 - 03 İyul 2023

Messi barədə danışdı: Telefonumda 1 milyon bildiriş var idi

“İnter Mayami”nin sahibi Devid Bekhem Lionel Messinin transferi barədə danışıb.

 

Manset.az xəbər verir ki, o, 36 yaşlı hücumçunun MLS təmsilçisində oynayacağı üçün sevindiyini deyib:

“Bir neçə həftə əvvəl oyandığımda telefonumda bir milyona yaxın bildiriş var idi. “Nə olub?” deyə düşündüm. Adətən o qədər mesaj almıram. Birdən bildim ki, Lionel “İnter Mayami”yə keçdiyini elan edib. Aydındır ki, bu, mənim üçün sürpriz deyildi. Mən əvvəldən həmişə demişəm ki, dünyanın ən yaxşı oyunçularını gətirmək imkanım olsa, karyeralarının hansı mərhələsində olurlarsa olsunlar, mən bunu edəcəm.

Beləliklə, futbolda hər şeyi qazanan və hələ də böyük futbolçu olan ən yaxşı oyunçulardan biri mənim klubum üçün oynamaq istəyir. Bu, bizim üçün əla andır”.

Qeyd edək ki, bir neçə gündən sonra “İnter Mayami”ni rəsmən ictimaiyyətə təqdim edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az