Sadio Mane Səudiyyə Ərəbistanı klubuna keçə bilər

14:45 - 05 İyul 2023

Sadio Mane Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Bavariya”nın hücumçusu Sadio Mane karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 

Manset.az xəbər verir ki, İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Asiya ölkəsinin bir neçə klubu onun xidmətində maraqlıdır. Xüsusən “Əl-Əhli” seneqallı oyunçunun transferində israr edir. Vaxtilə “Liverpul”da Mane ilə birgə oynamış Roberto Firminonu heyətinə cəlb edən klub irəli xətdə həmin tandemi formalaşdırmaq istəyir.

31 yaşlı futbolçu keçən ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az