Rumıniyanın “Rapid” (Buxarest) klubu baş məşqçi Adrian Mutu ilə vidalaşıb.
Manset.az- bildirir ki, "Report"- un yerli mətbuata istinadən məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb.
Bildirilib ki, o, artıq yeni mövsümdə komandanın baş məşqçisi olmayacaq.
Klub prezidenti Daniel Nikulae bu ayrılığın səbəbini Mutunun özünə yeni yol seçməsi ilə izah edib.
Rumıniya mətbuatı Azərbaycan klubu “Neftçi”nin baş məşqçiliyə əsas namizədinin məhz Mutu olduğunu iddia edir. Paytaxt təmsilçisinin yaxın zamanda bu təyinatı açıqlayacağı gözlənilir.