Boksçularımız Gürcüstanda 7 medal qazandı

19:45 - 09 İyul 2023

Boksçularımız Gürcüstanda 7 medal qazandı

Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.

 

Federasiyadan Manset.az-a verilən məlumata görə, Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az