"Qarabağ"ın oyununa biletlər sabahdan satışa çıxarılır

23:00 - 09 İyul 2023

\"Qarabağ\"ın oyununa biletlər sabahdan satışa çıxarılır

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri iyulun 10-u saat 11:00-dan satışa çıxarılacaq.

 

Klubdan Manset.az-a verilən məlumata görə, iyulun 19-u saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Azarkeşlər biletləri aşağıdakı satış məntəqələrindən ala bilərlər:

1. “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış);

2. Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu (11:00-dan 20:00-dək).


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az