“Qarabağ” səfər oyunu üçün azarkeşlərə müraciət etdi

14:19 - 10 İyul 2023

“Qarabağ” səfər oyunu üçün azarkeşlərə müraciət etdi

 “Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln”la (Cəbəllütariq) səfər matçını “Viktoriya” stadionundan izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.

 

Manset.az xəbər verir ki, Ağdam klubu bu oyun üçün ayrılmış biletlərin oyun günü saat 16:30-dan etibarən satışda olacağını açıqlayıb.

Biletin qiyməti 5 funt-sterlinqdir.

Qeyd edək ki, matç saat 19:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az