"Fənərbaxça" klubu müdafiəçi Aleksandr Djikunun transferini açıqlayıb.
Manset.az xəbər verir ki, sarı-göylü klubdan verilən açıqlamada "Fənərbaxçamız Fransa əsilli Qana milli müdafiəçisi Aleksandr Djikunu 3+1 illik heyətinə qatıb. İmzalanmada menecerimiz Səlahəddin Baki və idman direktorumuz Mario Branko da iştirak edib.
Qeyd edək ki, 28 yaşlı futbolçu son 4 mövsümü Fransa 1-ci Liqa komandalarından olan Strasburqda keçirib.
Jalə