Ermənistan idmançıları Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcəklər.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Atıcılıq Federasiyasının baş katibi Areq Sarıbekyan açıqlama verib.
Onun sözlərinə görə, Bakıdakı yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün iştirak etmək qərarı alıblar.
Qeyd edək ki, oyunlar 2024-cü il 26 iyul - 11 avqust tarixləri aralığında keçiriləcək.