“Real Madrid”ə transferi ilə sosial mediada adından söz etdirən Arda Gülər bu dəfə eşq həyatı ilə gündəmə gəlib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Madrid səyahəti zamanı hər kəsdən gizlətdiyi “Qalatasaray”lı sevgilisi ilə görüntülənib.
Məlumata görə, Gülərin sevgilisi “Qalatasaray"ın ulduzudur Duru Naymandır.
2005-ci il təvəllüdlü Duru Nayman (18), Qalatasaray Qadın Basketbol komandasında 23 nömrəli forma ilə oynayan türk idmançı, əvvəllər “Fənərbaxça”da çıxış edib.