Orxan Məmmədov federasiya prezidenti oldu - FOTO

15:51 - 11 İyul 2023

Orxan Məmmədov federasiya prezidenti oldu - FOTO

Azərbaycan Minifutbol Federasiyasının (AMF) növbəti ümumi yığıncağı keçirilib. 

 

Manset.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə AMF-nin hesabatı dinlənilib və qəbul edilib.

Sonra AMF-nin rəhbərliyinə yeni seçki keçirilib. Orxan Məmmədov fəxri prezident olduğu federasiyanın növbəti 4 il üçün prezidenti seçilib. Taleh Nəsibov isə vitse-prezident seçilib.  

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında qısa müddətdə ölkəmizin minifutbolda böyük uğur qazandığını qeyd edib və yeni seçkilər münasibətilə federasiya rəhbərliyini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az