"Neftçi"nin sabiq futbolçusu Xorxe Korrea karyerasını Portuqaliyanın "Torrense" komandasında davam etdirəcək.
Manset.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı oyunçu 2021/2022 mövsümünün ilk hissəsində "ağ-qaralar"ın şərəfini qoruyub.