PSJ-dən "Roma"ya

18:09 - 14 Avqust 2023

PSJ-dən \"Roma\"ya

PSJ-nin argentinalı yarımmüdafiəçisi Leandro Paredes "Roma"ya keçməyə hazırlaşır. 

 

Manset.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir.  Leandro tezliklə keçidini başa çatdırmaq üçün İtaliyaya gedəcək.

Xatırladaq ki, 29 yaşlı futbolçu 2019-cu ildən PSJ-də oynayır. Daha əvvəl mediada Leandronun artıq Romada yaşamaq üçün yer tapdığı barədə məlumatlar yayılmışdı. 

Qeyd edək ki, “Roma” ötən mövsüm A Seriyasını 6-cı pillədə başa vurub və 2023/2024 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az