Mahir Emrelinin komandası AEK-ə qarşı

17:12 - 15 Avqust 2023

Mahir Emrelinin komandası AEK-ə qarşı

Bu gün Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə Yunanıstanın “AEK” komandası qarşılaşacaq.

 

Manset.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu Bakı vaxı ilə saat 22:00 başlayacaq.

Bu oyuna, həmçinin avqustun 19-u Yunanıstanda keçiriləcək cavab oyununa azarkeşlər buraxılmayacaq.

Qeyd edək ki, ilk görüş avqustun 8-i Yunanıstanda olmalı idi. Lakin futbol klublarının fanatları arasında kütləvi dava baş verdiyinə görə oyun təxirə salınıb. Davada 29 yaşlı gənc öldürülüb, 105 nəfər həbs olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az