"Barselona" bbu yay transfer pəncərəsində heyətini gücləndirmək üzərində işləməyə davam edir və xüsusilə "Mançester Siti"dən Joao Kanselanı transfer etmək istəyir.
Manset.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. "Barselona"nın maliyyə çətinliyi var. Buna görə də klub portuqaliyalı oyunçudan maaş gözləntilərini azaltmağı və ya "Mançester Siti"dən maaşın bir hissəsini ödəməsini xahiş edirlər.
29 yaşlı müdafiəçi ötən mövsüm 47 oyun keçirib, 3 qol vurub və 11 qolun ötürməsini verib.
Qeyd edək ki, "Barselona" maliyyə problemləri səbəbindən İqnasi Penya, Markos Alonso və İniqo Martinezlə yeni müqavilələri qeydiyyatdan keçirə bilmir.