Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Manset.az xəbər verir ki, Zaqreb təmsilçisi evdə Yunanıstan AEK-i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Artıq komandaların heyətləri açıqlanıb. Mahir Emreli ehtiyat oyunçular sırasında yer alıb.
Bu komandalar arasında cavab matçı isə avqustun 19-da Yunanıstdanda keçiriləcək. Hər iki oyuna azarkeşlər buraxılmayacaq.
İlk görüş avqustun 8-də Yunanıstanda olmalı idi. Lakin matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb. Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb.
Təxirə salınmış ilk oyun
22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - AEK (Yunanıstan)
"Maksimir stadionu"