“Neftçi”də yeni təyinat - FOTO

21:42 - 15 Avqust 2023

“Neftçi”də yeni təyinat - FOTO

“Neftçi”də kadr təyinatı olub.

 

Manset.az SPORTİNFO.AZ-a istinadən xəbər verir ki, 2021-ci ilin dekabrında “Qəbələ”dən gələn Zaur Əzizov idman direktoru vəzifəsini klubda rəis köməkçisi postuna dəyişib

O, bundan sonra Kamil Məmmədovun yardımçısı olaraq fəaliyyət göstərəcək. Həmçinin menecer olaraq işini davam etdirəcək.

Zaur Əzizov, ümumiyyətlə, klub təsərrüfatında çalışan ən təcrübəli funksionerlərdən biridir. “Xəzər Lənkəran” tarixində ilk və sonuncu dəfə onun burada vəzifə tutduğu ildə çempionluq sevinci yaşayıb.

Daha sonra 13 il “Qəbələ”nin uğurları üçün əlindən gələni edib.

“Qırmızı-qaralar” onun baş menecer postundə əyləşdiyi bu illərdə iddialı hala gəlib, ardıcıl iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az