Bəhlul Mustafazadə zədələndi

21:31 - 17 Avqust 2023

Bəhlul Mustafazadə zədələndi

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə zədələnib.

 

Manset.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HİK-lə cavab oyununda zədə alıb. Bu səbəbdən 26 yaşlı müdafiəçi 46-cı dəqiqədə Bədavi Hüseynovla əvəzlənib.

Qeyd edək ki, B.Mustafazadə HİK-lə ilk matçda (2:1) start heyətdə meydana daxil olmuşdu. Azərbaycan millisinin üzvü sözügedən görüşdə 90-cı dəqiqədə əvəzlənmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az