Millimiz Monteneqroya yenə qalib gəldi

22:22 - 18 Avqust 2023

Millimiz Monteneqroya yenə qalib gəldi

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

 

Manset.az xəbər verir ki, "Dalğa Arena”da monteneqrolu yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. Millimizin qollarını Əkbər Məhərrəmov və penaltidən Həsən Nəzərli vurub.

Qeyd edək ki, bu komandalar arasında üç gün əvvəl keçirilmiş ilk oyun millimizin 4:1 hesablı qələbəsilə nəticələnmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az