"Zirə" ardıcıl üçüncü oyunda qələbə qazandı

22:05 - 19 Avqust 2023

\"Zirə\" ardıcıl üçüncü oyunda qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci matçında "Səbail" "Zirə"ni qəbul edib.
"ASCO Arena"dakı qonaqların qələbəsi ilə bitib - 2:1.
"Qartallar"ın heyətində Salifu Suma 16-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərində Yadin Luqasi 31-ci dəqiqədə bərabərlik qoluna imza atıb. 82-ci dəqiqədə Felipe Paxtman qələbə qolunun müəllifi olub.
Çempionatda hər üç matçda qələbə qazanan "Zirə" xallarının sayını 9-a çatdırıb və liderliyini davam etdirir. "Dənizçilər" 1 xalla doqquzuncu sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" səfərdə "Qəbələ"yə qalib gəlib - 2:1. Turun açılış matçında "Turan Tovuz" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə üstələyib. III turun "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları avqustun 20-də olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az