“Tottenhem” “Mançester Yunayted” üzərində inamlı qələbə qazandı

23:04 - 19 Avqust 2023

“Tottenhem” “Mançester Yunayted” üzərində inamlı qələbə qazandı

İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması Londonda “Tottenhem” və “Mançester Yunayted” arasında baş tutub.

 

Manset.az xəbər verir ki, matç “Tottenhem Hotspur Stedium”da keçirilib.

Oyunun 55-ci dəqiqəsində londonluların yarımmüdafiəçisi Pape Sarr hesabı açıb. 83-cü dəqiqədə “mahmızlar” qolların sayını 2-yə çatdırıblar: müdafiəçi Ben Devisin zərbəsindən sonra top Lisandro Martinesə toxunaraq qapıya yuvarlanıb.

Beləliklə, matç “Tottenhem”in inamlı qələbəsi ilə başa çatıb – 2:0.

Xatırladaq ki, ötən mövsüm komandalar iki dəfə qarşılaşıblar. Liqanın birinci dövriyyəsində “qırmızı şeytanlar” “mahmızlar”ı 2:0 hesabı ilə məğlub ediblər. İkinci dövriyyədə isə komandalar heç-heçəyə razılaşıblar – 2:2.

Ötən mövsümün yekununda “Mançester Yunayted” turnir cədvəlində üçüncü yerdə, “Tottenhem” isə səkkizinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az