Voleybol millimiz Avropa çempionatında ilk məğlubiyyətini aldı

00:06 - 20 Avqust 2023

Voleybol millimiz Avropa çempionatında ilk məğlubiyyətini aldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb.

 

Manset.az xəbər verir ki, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə yerli komandaya uduzub.

İlk turda Çexiyanı üstələyən (3:0) Ataman Güneyligilin yetirmələri almanlarla matçın yalnız bir setində rəqibdən güclü olublar. Ancaq bu, uğurlu nəticə üçün kifayət etməyib. Yekunda millimiz almanlara - 1:3 (13:25, 22:25, 25:12, 14:25) hesabı ilə məğlub olub.

Qrupun digər qarşılaşmasında Yunanıstan komandası İsveçə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda üçüncü oyununu avqustun 20-də Türkiyəyə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az