“Mançester Siti” belçikalı vinger üçün 60 milyon avro ödəməyə hazırdır

17:45 - 21 Avqust 2023

“Mançester Siti” belçikalı vinger üçün 60 milyon avro ödəməyə hazırdır

Fransanın “Renn” klubunun futbolçusu Jeremi Doku karyerasını İngiltərədə davam etdirə bilər.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Mançester Siti” belçikalı vingerin xidmətində maraqlıdır. “Şəhərlilər” 21 yaşlı futbolçu üçün 55-60 milyon avro ödəməyə hazırdırlar. Doku “Mançester Siti”yə keçidə isti yanaşır.

Digər Premyer Liqa klubu “Vest Hem” də oyunçunu heyətinə qatmaq istəyir.

2020-ci ildən “Renn”də çıxış edən Belçika millisinin üzvü ötən mövsüm 35 oyunda yeddi qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mövsüm bir matçda bir qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az