Mahirinin komandasının yeni baş məşqçisi bilindi

18:43 - 21 Avqust 2023

Mahirinin komandasının yeni baş məşqçisi bilindi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

 

Manset.az klubun saytına istinadən xəbər verir ki, İqor Bişçanın istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Sergey Yakiroviç təyin edilib. Onun bu gündən komandanı məşqə çıxaracağı və avqustun 25-də Avropa Liqasının pley-offunda "Sparta"ya (Çexiya) qarşı ilk matçda rəsmi debüt edəcəyi vurğulanıb.

Qeyd edək ki, S.Yakiroviçin son klubu "Riyeka" olub. O, ötən mövsüm Xorvatiya klubunu çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az