“Qarabağ” Sloveniyaya səfər proqramı AÇIQLADI

13:05 - 22 Avqust 2023

“Qarabağ” Sloveniyaya səfər proqramı AÇIQLADI

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpiya”nın qonağı olacaq “Qarabağ”ın Sloveniyaya səfər proqramı məlum olub.

 

Manset.az xəbər verir ki, Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, komanda matçdan bir gün əvvəl - avqustun 23-ü saat 11:00-da sözügedən ölkəyə yollanacaq.

Həmin gün Bakı vaxtı ilə 21:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Komandanın media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşqi isə Bakı vaxtı ilə 21:30-da matçın oynanılacağı “Stojitse” stadionunda baş tutacaq.

Qeyd edək ki, avqustun 24-ü keçiriləcək “Olimpiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az