Millimiz Yunanıstana qalib gəldi

21:44 - 22 Avqust 2023

Millimiz Yunanıstana qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, C qrupunda yer alan yığmamız IV tur matçında Yunanıstanla üz-üzə gəlib.

İlk üç turdan sonra aktivində 3 xal olan komandaların duelindən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı qələbə ilə ayrılıblar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az