Fənərbaxçanın satış siyahısına saldığı türkiyəli futbolçu Serdar Dursun ona gələn təkliflərə hələki müsbət cavab verməyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Almaniya və Polşadan, xüsusilə Türkiyədən təklif alıb
Edin Dzeko, Mişi Batşuayi, Umut Nayir və Coşua Kinqdən sonra beşinci hücumçu olan Serdar Dursun yaxın ətrafına “Qərarı verə bilmirəm” deyib. Bildirilib ki, futbolçunun Almaniya, Polşa və Superliqadan namizədləri var.
Ən doğru qərarı verməyi qarşısına məqsəd qoyan futbolçu illik maaşından heç bir ixtisar etmək istəməyib. Onun bu səbəbdən “Fənərbaxça”dan qazandığı qədər maaş gözlədiyi qeyd edilib.
Aygün
Manşet.az